Dünən Yaponiyanın sabiq Baş naziri Şinzo Abeni güllələyərək qətlə yetirən Teçuya Yamaqami dindirilmə zamanı hücumun səbəblərini açıqlayıb.
Bizim.Media “lenta.ru”ya istinadən xəbər verir ki, o, bu hücumu əvvəlcədən planlaşdırdığını etiraf edib.
Yamaqami Şinzo Abeyə son dərəcə qəzəbli olduğunu söyləyib.
Onun sözlərinə görə, buna səbəb Abenin hansısa konkret bir təşkilatı təmsil etməsi olub. Belə ki, Yamaqaminin anası sözügedən bu təşkilata çox miqdarda maliyyə vəsaiti ianə edib, nəticədə isə ailə çətin vəziyyətə düşüb.
Bu səbəbdən də, 41 yaşlı keçmiş dənizçi olan Teçuya Yamaqami Şinzo Abeni öldürmək qərarına gəlib.
Xatırladaq ki, iyulun 8-i Yaponiyanın sabiq Baş naziri Şinzo Abe Nara şəhərində çıxışı zamanı güllələnib. Xəstəxanaya çatdırılan Abenin həyatını xilas etmək mümkün olmayıb.
Bizim.Media