İran Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın Vaşinqton və Tehran arasında yeni danışıqlar raundunun başladığı barədə açıqlamasını təkzib edib.
Bizim.Media xəbər verir ki, İran XİN-in rəsmi nümayəndəsi Bəqayi bildirib ki, hazırda ABŞ-la deyil, yalnız Omanla təmaslar aparılır. Bu danışıqların əsas mövzusu Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin edilməsidir.
Diplomat qeyd edib ki, Tehran Omanla əməkdaşlıq çərçivəsində Hörmüz boğazında təhlükəsiz marşrutun mümkün qədər tez müəyyənləşdirilməsinə çalışır.
Bəqayi vurğulayıb ki, ABŞ-ın dəniz blokadası və “aqressiv addımları” davam etdiyi müddətdə Hörmüz boğazındakı vəziyyət dəyişməyəcək.
Qeyd edək ki, daha əvvəl Donald Tramp Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və hətta İranın müraciətlərindən sonra Tehranla danışıqları bərpa etmək qərarına gəldiyini bildirib. ABŞ lideri yeni danışıqların avqustun 3-də günün ikinci yarısında başlayacağını açıqlamışdı.
Bizim.Media