“Twitter” şirkəti “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Maskı məhkəməyə verəcək.
Bizim.Media xəbər verir ki, bunu şirkətin direktorlar şurasının sədri Bret Teylor deyib.
Onun sözlərinə görə, şirkət məhkəmə vasitəsilə “Twitter”in İlon Mask tərəfindən alınması üzrə müqavilənin şərtlərinin icrasına nail olmaq niyyətindədir.
Xatırladaq ki, daha əvvəl İlon Mask "Twitter" şirkətini almaqdan imtina edib.
Bizim.Media