Yaponiyanın keçmiş Baş naziri Şinzo Abeyə qarşı sui-qəsdin görüntüləri yayılıb.
Bizim.Media xəbər verir ki, uzun müddət Ş.Abenin arxasında dayanan gənc oğlan anidən ona yaxınlaşaraq atəş açıb.
Qeyd edək ki, keçmiş Baş nazir Liberal Demokrat Partiyasının namizədinin seçki kampaniyasına dəstək məqsədilə Naradakı Yamato-Saidaiji stansiyasının qarşısındakı açıq tədbirdə çıxışı zamanı güllələnib.
Xəstəxanaya aparılan Ş.Abeninin həyatını xilas etmək mümkün olmayıb.
Bizim.Media