ABŞ kəşfiyyatı 6 diplomatı İrandan necə qaçırdı? – Əməliyyatın DETALLARI 

1979-cu ildə ABŞ Prezidenti Cimmi Karterin İran şahı Rza Pəhləviyə ölkəsində sığınacaq verməsi islam inqilabçıları tərəfindən sərt narazılıqla qarşılandı. İnqilabçılar noyabrın 4-də Amerika liderinin bu addımına cavab olaraq Tehrandakı ABŞ səfirliyinə hücum etdilər. Hadisələr nəticəsində səfirlik iştirkaçılarından 52 nəfər girov götürüldü.

Qaçmağı bacaran 6 nəfərin hekayəsi isə sonradan filmlərə mövzu olacaq formada cərəyan etdi.

Basqından canını qurtarmağı bacaran 6 səfirlik işçisi qaçaraq Kanada səfiri Ken Taylorun evinə sığınır. ABŞ hökuməti isə vaxt itirmədən həmin şəxslərin ölkəyə qaytarılması planı üzərində işləməyə başlayır.
Lakin zaman məhdud idi. Çünki İran xüsusi xidmət orqanları həmin şəxslərin qaçdığından xəbərdar idi və bütün diqqətlər onların axtarışlarına yönəlmişdi. Həmin şəxsləri gözləyən cəza isə bəlli idi: Edam.

Qurtarış üçün CİA-nın (Mərkəzi Kəşfiyyat Bürosu) plan variantları həddən artıq çox, diplomatların həyatı üçün təhlükə ehtimalı da bir o qədər böyük idi. Sonda təsdiqlənən plansa təklif olunanlardan ən ağılasığmazı idi. 

Əməliyyatı həyata keçirmək planın müəllifi olan CİA agenti Toni Mendezə tapşırılmışdı. Plansa bu cür idi:

Mendez Kanada pasportu ilə kino çəkmək bəhanəsiylə İrana səfər edib, Kanada səfirliyilə əlaqəyə keçməlidi idi. Daha sonra hazırlanan 6 saxta Kanada pasportu ilə həmin şəxslər ölkədən çıxarılmalı idi.

Plan hərtərəfli hazırlanmış, ən xırda detallar belə nəzərə alınmışdı. Plan qəbul olunan kimi, artıq çəkilməsi nəzərdə tutulan filmlə bağlı işlərə başlanıldı, reklam afişləri KİV-lərdə yayımlandı. Ssenari müəllifi kimi dünya şöhrətli Stiven Spilberq, filmin adı kimi isə “ARQO” seçildi. Film o qədər uğurla reklam edildi ki, artıq izləyicilər həyəcanla ARQO-nun yolunu gözləməyə başladılar.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ Kəşfiyyatı rus generalların öldürülməsində Ukraynaya kömək edib – “New York Times”


Daha sonra isə planın İran hissəsi həyata keçirilməyə başlandı. Toni Mendez yalnız bundan sonra İrana yola düşdü. Mendez ilk olaraq İranın mədəniyyət naziri ilə görüşüb, film ssenarisini ona təqdim edib, çəkilişlər üçün uyğun yerlər axtardığını bildirdi.

Mendez Kanada səfirliyinə gələrək, diplomatlarla görüşüb, planı onlara izah edir. Təbii ki, planın təhlükəli olması diplomatları qorxudur. Lakin başqa çarələrinin olmadığını başa düşdükdən sonra razılaşmağa məcbur olurlar.

Daha sonra isə diplomatlar yeni kimliklərinə bürünməli olurlar. Mendezə məlum idi ki, hüquq-mühafizə orqanlarının ən xırda şübhəsi ciddi sorğu-sualla və özü də daxil olmaqla 7 nəfərin edamına səbəb olacaq.

Lakin bir neçə günlük hazırlıqlardan sonra Mendez diplomatlarla birlikdə Tehran aeroportuna gəlməyi bacarır.

Onları Kanadaya İsveçrəyə məxsus “Swiss Airlines”ə məxsus təyyarə çatdırmalı idi. Və plan uğurla başa çatır. İran xüsusi xidmət orqanları 6 amerikalının ölkədən çıxdığını yalnız onlar təyyarədə olarkən öyrənirlər. Və, təbii ki, artıq gec idi.
Digər 52 girov 1981-ci ildə ABŞ-a qaytarılır. “ARQO” əməliyyatı isə 1997-ci ilə qədər ictimaiyyətdən gizli saxlanılır. Yalnız həmin ildə Ağ Evin sahibi Bill Klinton əməliyyat dosyesinin gizliliyini ləğv edir.

Toni Mendez 2007-ci ildə yazdığı kitabında sözügedən əməliyyatla bağlı xatirələrinə yer verib. 2012-ci ildə isə Corc Kluninin rejissoru, Ben Aflekin baş rol müəllifi olduğu “ARQO” filmi çəkilib. Film 3 kateqoriyada Oskar mükafatına layiq görülüb.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

End of content

No more pages to load

RADİO