Almaniya parlamenti Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı qanun layihəsini ratifikasiya edib.
Bizim.Media xəbər verir ki, bu barədə Almaniya Bundestaqı məlumat yayıb.
“Layihəni hakim Sosial Demokratlar, “Yaşıllar” və Azad Demokratlar partiyaları, əsas müxalifət sayılan Xristian-Demokrat Partiyası və Xristian Sosialist İttifaqı dəstəkləyib. Almaniya üçün Alternativ Partiyasının deputatları səsvermədə tərəfsiz qalıb, Sol Partiyanın deputatları isə layihənin əleyhinə səs verib” – deyə məlumatda qeyd edilib.
Polşa parlamentinin Aşağı Palatası da İsveç və Finlandiyanın Alyansa daxil olması haqqında protokolu ratifikasiya edib.
Prezident Anjey Duda bu iki dövlətin NATO-ya üzv olması ilə bağlı sənədi təsdiqləməlidir.
Xatırladaq ki, Danimarka, Norveç, Kanada, İslandiya və Albaniya parlamentləri artıq uyğun sənədi ratifikasiya edib.
Bizim.Media