Yəhudi ekspertdən Təpəbaşı abidəsi ilə bağlı ETİRAZ: “Haylar İrəvanda Azərbaycan izlərini silmək istəyirlər”

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən digər bütün ərazilərə iddialarından əl çəkmələri şərti ilə ermənilərə verilən Azərbaycan torpağı İrəvan, ermənilərin tarixən ən çox saxtalaşdırdığı şəhərlərimizdən birincisidir desək, heç də yanılmarıq.

Lakin şəhərin azərbaycanlılara aid olduğunu göstərən faktlar isə bu gün də, bu torpağın əsl sahibinin kimlər olduğunun göstəricisidir.

Şəhərdə azərbaycanlılara məxsus o qədər məscidlər, minarələr, yaşayış məskənləri olub ki, bəzən ermənilər onları dağıtmaqdan yorulub, tarix qarşısında aciz qaldıqları zaman bu əraziləri qədim fars məskənləri kimi təqdim etməyə başlayıblar.

Ermənilərin İrəvanın incilərindən olan “Göy məscidi” İran məscidi olaraq adlandırmaları və oradakı Təpəbaşı məhəlləsində bir zamanlar farsların yaşaması ilə bağlı uydurmalarına da artıq özlərindən başqa heç kim inanmır.
 

MÖVZU İLƏ BAĞLI:

UNESCO-ya MÜRACİƏT: “Ermənistan irsimizə qarşı soyqırımı edib” 


İrəvanın əsas məhəllələrindən biri olan Təpəbaşı da azərbaycanlıların tarixən məskunlaşdığ yerlərdəndir. Vaxtilə bir neçə dəfə ermənilər buranı məhv etməyə çalışsalar da, arzuları ürəklərində qalıb.

1960-cı ildə İrəvanın məşhur “Təpəbaşı” məscidinin minarəsinin müəmmalı şəkildə uçurulması və məscidin təmir adı ilə bağlanaraq, bir daha açılmaması İrəvanda yaşayan azərbaycanlıların kəskin etirazına səbəb olur.

Azərbaycanlıların bununla bağlı Moskvaya müraciətlərindən sonra Təpəbaşı məhəlləsinin sökülməsi ilə bağlı verilən qərar ləğv olunur. Deyilənə görə, o zaman SSRİ Dövlət Təhlükəsizlik xidmətində çalışan Azərbaycanın böyük oğlu Heydər Əliyevə də, bu barədə məlumat çatır və o,SSRİ-dən ayrıldığı son günə kimi bu tarixi məkanda yaşayan azərbaycanlıları xüsusi diqqətdə saxlayır.

SSRİ dağıldığı müddətdə azərərbaycanlılar İrəvandan ermənilər tərəfindən məcburən köçürüldükdən sonra isə Təpəbaşı məhəlləsi baxımsız hala düşüb.

Azərbaycanda hələ də erməni kilsəsinin içindəki kitablarla birlikdə qorunduğu halda, hazırkı İrəvanda azərbaycanlılara məxsus yeganə yaşayı məskəninin, Təpəbaşı abidələrinin məhv edilməsi Azərbaycan və Ermənistan dövlətlərinin əsas fərqini dünyaya göstərən bariz sübutdur.

Bununla bağlı Azərbaycan ictimaiyyəti UNESCO-ya müraciət ünvanlayıb. Müraciət 102 nəfər tanınmış elm və ictimaiyyət xadimi tərəfindən imzalanılıb. 

Görünür ki, 2020-ci il Azərbaycanın 44 günlük zəfəri və Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzurla bağlı çıxışları hazırkı Ermənistan rəhbərliyini elə təşvişə salıb ki, hətta paytaxt şəhərdə yerləşən qədim məhəlləmizdən də, qorxmağa başlayıblar.
Vaxt itirmədən İravanda qalmış azərbaycanlılara aid yeganə yaşayış məskəni olan Təpəbaşını məhv etməyə və yerində göydələnlər ucaltmağa çalışırlar. Bizdə olan məlumata əsasən artıq məhəllənin sökülməsi ilə bağlı İrəvan meriyası ilə özəl tikinti şirkəti arasında anlaşma da imzalanılıb.

“Erməni vandallığı haqqında artıq bütün dünya məlumatlıdır. Hələ də, Ermənistanda Azərbaycanlıların qədim yaşayış məskənlərini məhv etməklə məşquldurlar. Bu təəccüblü deyil. Çünki onlar saxta tarix yaratmaqla bütün dünyanı öz yalanlarına inandırmağa çalışırlar”. 

Bu sözləri Bizim.Media-ya mövzu ilə bağlı verdiyi açıqlamada israilli siyasi ekspert Mixail Finkel söyləyib.

Ekspertin sözlərinə görə azərbaycanlılara məxsus izləri itirməyə çalışan haylardır. Hansı haylar ki, onların qədim ermənilərlə heç bir əlaqəsi yoxdur:

“Tarixən etnik ermənilər və haylar müxtəlif torpaqlarda yaşayıblar. Yaxın tarix də bunu təsdiq edir ki, qədim Azərbaycan torpaqları onlara hədiyyə edilib. Bu gün  onlar azərbaycanlıların İrəvanda  yaşayış məskəni olmuş Təpəbaşını dağıdırlar. Çünki Təpəbaşı İrəvanın qədim Azərbaycan türkləri ilə əlaqəsi olduğunu sübut edir”. 

Ekspertin fikrincə Qarabağın işğaldan azad olunan torpaqlarındakı törətdikləri vandallıqlar ermənilərin işğalçı olduğunu fakt kimi bütün dünyaya çatdırır.
Onlar da buna görə vaxt itirmdən indiyə qədər İrəvanda izi qalmış yeganə türk məhəlləsini məhv etməyə çalışırlar: 

“Bu kimi məsələlər hazırda hayları fakt qarşısında qoyur. Uzun illər öncə Rusiya İmperiyası bu torpaqları erməni qardaşlarına hədiyyə edib. Ona görə də onlar 200 il boyunca etdikləri kimi, hazıırda da həmin torpaqlarda azərbaycanlılara aid bütün maddi sübutları məhv edirlər. Lakin arxeoloji qazıntılar tarixi üzə çıxarır. İşğalçılar tarix qarşısında heç nə edə bilməyəcəklər” - deyə ekspert fikirlərini yekunlaşdırıb. 

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

3 may səhərinin əsas xəbərləri

3 may səhərinin əsas xəbərləri

Bürcləri arzularına çatmaqdan nə saxlayır? – Astroloji analiz

Bürcləri arzularına çatmaqdan nə saxlayır? – Astroloji analiz

Alla Puqaçova hansı plastik əməliyyatlar etdirib?

Alla Puqaçova hansı plastik əməliyyatlar etdirib?

Azərbaycanın ABŞ-dakı səfirliyi bu festivalda təmsil olundu - FOTO

Azərbaycanın ABŞ-dakı səfirliyi bu festivalda təmsil olundu - FOTO

Londonda atışma: 4 yaralı var - VİDEO

Londonda atışma: 4 yaralı var - VİDEO

Azərbaycan dilindən imtahan olacaq

Azərbaycan dilindən imtahan olacaq

Messinin komandası məğlub oldu - VİDEO

Messinin komandası məğlub oldu - VİDEO

Tramp: “İran son 47 ildə bəşəriyyətə etdiklərinə görə... ”

Tramp: “İran son 47 ildə bəşəriyyətə etdiklərinə görə... ”

Bu gün rezidenturaya qəbul imtahanı var

Bu gün rezidenturaya qəbul imtahanı var

İstirahətin bu növü sağlamlıq üçün TƏHLÜKƏLİDİR - Ən çox kişilərə aiddir...

İstirahətin bu növü sağlamlıq üçün TƏHLÜKƏLİDİR - Ən çox kişilərə aiddir...

Toyda musiqinin səsi 140 toyuğu öldürdü

Toyda musiqinin səsi 140 toyuğu öldürdü

Ət yeməyən adamlar 5 növ xərçəngə YOLUXMURLAR

Ət yeməyən adamlar 5 növ xərçəngə YOLUXMURLAR

May ayı onlar üçün hərəkətli və enerjili olacaq - Bürclər NƏ DEYİR?

May ayı onlar üçün hərəkətli və enerjili olacaq - Bürclər NƏ DEYİR?

Dünyanın ən sağlam göyərtisi bəlli oldu: Yol qırağında yetişir

Dünyanın ən sağlam göyərtisi bəlli oldu: Yol qırağında yetişir

Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollar dumanlı olacaq

Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollar dumanlı olacaq

"Lider"in aparıcısı geyiminə görə tənqid olundu - FOTO

"Lider"in aparıcısı geyiminə görə tənqid olundu - FOTO

Muaytay Federasiyası ilə bağlı qərar verildi

Muaytay Federasiyası ilə bağlı qərar verildi

"Onkologiya"dakı faciə ilə bağlı hər şeyi DANIŞDI

"Onkologiya"dakı faciə ilə bağlı hər şeyi DANIŞDI

Emin nənəsinin mənzilini nümayiş etdirdi - VİDEO

Emin nənəsinin mənzilini nümayiş etdirdi - VİDEO

İran ABŞ-a SÜLH planı təqdim etdi: "Danışıqlar, yoxsa müharibə..."

İran ABŞ-a SÜLH planı təqdim etdi: "Danışıqlar, yoxsa müharibə..."

Rus ordusu Xersonu vurdu: ölənlər və yaralılar var - FOTO

Rus ordusu Xersonu vurdu: ölənlər və yaralılar var - FOTO

Sevgi dolu 4 BÜRC

Sevgi dolu 4 BÜRC

WUF13 Festivalının ictimai proqramına 9 mindən çox iştirakçı qatılıb - FOTOLAR

WUF13 Festivalının ictimai proqramına 9 mindən çox iştirakçı qatılıb - FOTOLAR

"Türk seriallarına həsəd aparıram"

"Türk seriallarına həsəd aparıram"

End of content

No more pages to load

RADİO