ABŞ Hərbi Dəniz Qüvvələrinin zabiti Nəimi Amiral 5-ci Donanmada xarici əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
Bizim.Media xəbər verir ki, bu barədə onun dostu, Elnur Eltürk sosial media hesabında paylaşım edib.
Qeyd edək ki, ABŞ-ın 5-ci Donanması Bəhreyndə yerləşir. 5-ci Donanma Fars Körfəzi, Hind Okeanı və 22 Yaxın Şərq ölkəsini əhatə edən böyük bir coğrafiyanın təhlükəsizliyini təmin edir.
Nəimi Amiral bundan əvvəl Pentaqonda, Dəniz Qüvvələri mərkəzi aparatında Rusiya və Avropa şöbəsinə rəhbərlik edirdi.
Bizim.Media

