Avropada anti-islam hücumlara yenisi əlavə edilib.
Bizim.Media "NDTV"yə istinadən xəbər verir ki, İslam əleyhdarı kimi tanınan ifrat sağçı “SIAN” (Norveçin İslamlaşdırılmasını dayandırın) qruplaşmasının lideri Lars Torsen Norveçin paytaxtı Osloda Quranı yandırmaq üçün aksiya keçirib.
Belə ki, müsəlmanların çoxluq təşkil etdiyi Mortensrud bölgəsində Quranı yandırıb yolun ortasına qoyan Torsen maşınına qayıdıb. O, avtomobilinə mindikdən sonra yenə eyni təxribata əl atıb.
Daha sonra içərisində 2 qadının olduğu bir avtomobil Torsenin avtomobilini izləyərək onun qəza törətməsinə səbəb olub.
Baş verən hadisədə 6 nəfərin yaralandığını açıqlayan polis qəsdən qəza törətməkdə təqsirləndirilən sürücü də daxil olmaqla 2 qadının saxlanıldığını bildirib.
Bizim.Media