Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya Prezidenti Vladimir Putin və Fransa dövlət başçısı Emmanuel Makron arasında telefon danışığının fraqmentlərinin yayılmasını şərh edib.
Bizim.Media “rt”yə istinadən xəbər verir ki, Lavrov “Düşünürəm ki, əlbəttə, diplomatik etika qeydlərin belə birtərəfli sızmasını nəzərdə tutmur", - deyə bildirib.
Qeyd edk ki, iyulun 3-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Paris Rusiya və Fransa prezidentləri arasında danışıqların məxfiliyini pozub.
Belə ki, Zaxarova fransalı rejissor Qay Laqaşenin Fransa prezidentinin Ukrayna münaqişəsinin həlli istiqamətində atdığı addımlara həsr olunmuş “Prezident, Avropa və müharibə” sənədli filminə münasibət bildirib və həmin filmdə Makronla Putin arasında telefon danışığının görüntüləri nümayiş etdirilib.
Bizim.Media