Özbəkistan Xarici İşlər Nazirliyi iyulun 5-də ölkənin Əfqanıstanla həmsərhəd ərazisinə 5 reaktiv mərminin düşdüyünü, lakin partlamadığını bildirib.
Bizim.Media xəbər verir ki, mərmilər aşkar edildikdən sonra istehkamçılar tərəfindən zərərsizləşdirilib.
Mərmilərin yerə düşməsi zamanı heç bir partlayış baş verməyib, insan tələfatı və dağıntı olmayıb.
Özbəkistanın səlahiyyətli orqanları Əfqanıstan tərəfi ilə birlikdə insidentin səbəblərini araşdırırlar.
Bizim.Media