Dünən günorta saatlarında Ukrayna ordusu Rusiya Federal Təhlükəsizlik Xidmətinin Kursk vilayətinin Rılsk rayonunda yerləşən sərhəd məntəqəsinə zərbə endirib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.
Mənbə yazır ki, pilotsuz uçuş aparatının köməyi ilə edilən hücum nəticəsində iki hərbçi yaralanıb.
Baldır və bud nahiyəsindən zədə alan sərhədçilər təcili tibbi yardım maşını ilə Rılsk Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Bizim.Media