ABŞ-ın Müstəqillik Günü şərəfinə Çikaqo yaxınlığındakı Highland Parkda (İllinoys ştatı) keçirilən paradda naməlum şəxs snayperlə insanlara atəş açıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər həlak olub, 24 nəfər yaralanıb.
Silahlı şəxs paradın keçirildiyi ərazinin yaxınlığındakı evlərdən birinin damında olub. O, hadisədən dərhal sonra qaça bilib.
Bizim.Media