Türkiyə və Ukrayna hərbi nümayəndə heyətlərinin görüşü keçirilib.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) məlumat yayıb.
"Türkiyə və Ukrayna hərbi nümayəndə heyətləri bu gün Milli Müdafiə Nazirliyində görüş keçirib. Görüşdə ikitərəfli, regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb", - deyə açıqlamada bildirilib.
Bizim.Media