Fransa Xarici İşlər Nazirliyi əsassız həbs və ədalətsiz mühakimə riski səbəbindən ölkə vətəndaşlarına, eləcə də ikili vətəndaşlara İrana səfər etməmələri ilə bağlı xəbərdarlıq edib.
Bizim.Media "Azad İran"a istinadən xəbər verir ki, nazirlik xəbərdarlığında İranda olan Fransa vətəndaşlarından mümkün qədər diqqətli olmalarını istəyib.
Fransa XİN-nin bu xəbərdarlığında İranın xəritəsi tamamilə qırmızı rəngdə verilib.
Bizim.Media