İran hökuməti yeni nazirlik yaratmaq istəyir

Hökumət yeni ticarət nazirliyinin yaradılması təklifi ilə əlaqədar olaraq məktubla İran İslam Şurası Məclisinə (parlament) müraciət edib. Gələn sessiyada parlament bu məsələni müzakirə etmək üçün gündəliyə salacaq.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı İran parlamentinin ictimai işlər üzrə komissiyasının sədr müavini Amma İsmaili verib.

O bildirib ki, yeni nazirliyin yaradılması barədə qanun layihəsi parlamentə daxil olub. Lakin Konstitusiyanın bəzi maddələri ilə ziddiyyət təşkil etdiyi üçün müzakirə olunmadı. Bu dəfə qanun layihəsi parlamentdə hazırlanacaq və Nəzarət Şurasına təqdim ediləcək.

Nəzərə çatdıraq ki, İranda iqtisadiyyatın ticarət sahəsinə dövlət nəzarətini Sənaye, Mədən və Ticarət Nazirliyi həyata keçirir.

İbrahim Rəisi hələ prezident seçkiləri ərəfəsində təbliğat kompaniyasında bildirmişdi ki, korrupsiya və rüşvətxorluğun qarşısını almaq məqsədilə dövlət idarəçiliyində islahatlar edəcək.

Eyni zamanda, bu gün rəsmi Tehran qonşu dövlətlərlə ticarət əlaqələrini genişləndirməyi prioritet siyasi xətt elan edib. Sanksiyalar İranda iqtisadi imkanları məhdudlaşdırdığına görə yeni texnologiyalar əsasında istehsal müəssisələri qurmaq olduqca çətindir. Lakin İranın ticarət potensialı böyükdür.

Ölkədə kənd təsərrüfatı malları, meyvə, tərəvəz, quru meyvə, çərəz, xalça, kimyəvi gübrələr, balıq məhsulları, tikinti materialları istehsal olunur. Bu məhsullara yeni bazarların və tərəfdaşların tapılması üçün, həmçinin İran büdcəsinə əlavə valyuta gətirmək məqsədilə yeni Ticarət Nazirliyinin yaradılması zərurəti meydana gəlib.

Eyni zamanda, İran bazarını da tələbata uyğun mallarla təmin etmək yeni nazirliyin üzərinə düşəcək.

Parlament hökumətin təklifinə müsbət rəy verərək yeni nazirliyin yaradılması haqqında qanun qəbul etsə, o zaman İranda yeni dövlət strukturu - Ticarət Nazirliyi fəaliyyətə başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Podolyak Zelenskinin Putinə təkliflərini açıqladı - VİDEO

Podolyak Zelenskinin Putinə təkliflərini açıqladı - VİDEO

Xırdalanda DƏHŞƏT: Ər və arvad bir-birini bıçaqladı, ikisi də həyatını itirdi

Xırdalanda DƏHŞƏT: Ər və arvad bir-birini bıçaqladı, ikisi də həyatını itirdi

Əməkdar artistin Avropa tətili -Video

Əməkdar artistin Avropa tətili -Video

Bu il qeyri-çimərlik ərazilərdə suda batan 40 nəfərin meyiti tapılıb – RƏSMİ

Bu il qeyri-çimərlik ərazilərdə suda batan 40 nəfərin meyiti tapılıb – RƏSMİ

Bir günlük istirahət ailə büdcəsinə neçəyə başa gəlir?

Bir günlük istirahət ailə büdcəsinə neçəyə başa gəlir?

XİN: Azərbaycanda 2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub - FOTO

XİN: Azərbaycanda 2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub - FOTO

Bakıda tanışlıq bəhanəsi ilə kişinin pulunu oğurlayan qadın SAXLANILDI

Bakıda tanışlıq bəhanəsi ilə kişinin pulunu oğurlayan qadın SAXLANILDI

Sosial yardım və pensiyalarla bağlıAÇIQLAMA

Sosial yardım və pensiyalarla bağlıAÇIQLAMA

Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat

Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat

Bakıda bacı və qardaşlarının batdığı ərazidə dörd dost da boğulubmuş - VİDEO

Bakıda bacı və qardaşlarının batdığı ərazidə dörd dost da boğulubmuş - VİDEO

Bu tarixdən havalar sərinləşir -AÇIQLAMA

Bu tarixdən havalar sərinləşir -AÇIQLAMA

Mayamidə 1 milyona ev aldı

Mayamidə 1 milyona ev aldı

Kondisioner və ventilyatorla bağlı XƏBƏRDARLIQ: Virusların yayılmasına səbəb ola bilər

Kondisioner və ventilyatorla bağlı XƏBƏRDARLIQ: Virusların yayılmasına səbəb ola bilər

Dənizdə batanlar AzTV əməkdaşının bacı-qardaşlarıdır

Dənizdə batanlar AzTV əməkdaşının bacı-qardaşlarıdır

Kinoteatrda "Hörümçək adam"a görə dava düşdü - VİDEO

Kinoteatrda "Hörümçək adam"a görə dava düşdü - VİDEO

“Nar”ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir - FOTO

“Nar”ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir - FOTO

Pentaqon rəhbəri: ABŞ ordusu İrana zərbə endirməyə tam hazırdır

Pentaqon rəhbəri: ABŞ ordusu İrana zərbə endirməyə tam hazırdır

Ötən ay neçə hektar ərazi minalardan təmizlənib?

Ötən ay neçə hektar ərazi minalardan təmizlənib?

Baykal gölündə turistləri daşıyan kater aşdı – VİDEO

Baykal gölündə turistləri daşıyan kater aşdı – VİDEO

“Sabah”ın potensial rəqibi bəlli oldu

“Sabah”ın potensial rəqibi bəlli oldu

Müxalifətçi Boris Nadejdin Rusiyanı tərk etdiyini açıqladı - VİDEO

Müxalifətçi Boris Nadejdin Rusiyanı tərk etdiyini açıqladı - VİDEO

Zelenski Rüstəm Umerova yeni VƏZİFƏ VERDİ - VİDEO

Zelenski Rüstəm Umerova yeni VƏZİFƏ VERDİ - VİDEO

PUA Gelencikdə çimərliyə düşdü: Ölənlər var – ANBAAN VİDEO

PUA Gelencikdə çimərliyə düşdü: Ölənlər var – ANBAAN VİDEO

Prezidentdən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə bağlı FƏRMAN

Prezidentdən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə bağlı FƏRMAN

End of content

No more pages to load

RADİO