Baykal gölündə Qoryaçinsk kəndi yaxınlığında turistləri daşıyan kater aşıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Buryatiya Respublikası üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, xəsarət alan olmayıb, insanlar sağ-salamat sahilə çıxarılıb.
Rəsmilər hadisənin baş vermə səbəblərini araşdırır. Hazırda qayıq operatorunun inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı qərar qəbul edilir.
Bizim.Media