ABŞ-ın müdafiə naziri Pit Heqset ABŞ Silahlı Qüvvələrinin İrana mümkün zərbə endirmək üçün tam hazırlıq vəziyyətində olduğunu bəyan edib.
Bizim.Media xəbər verir ki, Pentaqon rəhbəri ordunun istənilən tapşırığı yerinə yetirməyə hazır olduğunu vurğulayıb.
Heqsetin açıqlaması Vaşinqtonla Tehran arasında gərginliyin davam etdiyi və regionda hərbi-siyasi vəziyyətin yenidən kəskinləşdiyi bir vaxta təsadüf edir.
Bizim.Media