Müharibə başlayandan bəri Ukraynanın büdcəsi çox dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukraynanın baş naziri Denis Şmıqal LB.ua-ya müsahibəsində yayıb.
Onun sözlərinə görə, silahlı münaqişədən əvvəl Kiyev hər il ordunu saxlamaq üçün təxminən 5,3 milyard dollar xərcləyirdisə, indi bu məqsədlərə hər ay 4,4 milyard dollar xərclənir.
Şmıqalın fikrincə, sosial ödənişlər, minatəmizləmə xərcləri, infrastrukturun təcili bərpası və daxili miqrasiya kəskin şəkildə artıb.
Bizim.Media