“Kiyev Rusiya Federasiyasının şərtlərini başa düşməli, onlarla razılaşmalı və danışıqlar masası arxasına əyləşməlidir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Pavel Zarubinin “Moskva. Kreml. Putin” “Rossiya-1” telekanalında səsləndirib.
“İndi vəziyyəti sakitləşdirmək üçün irəli sürülən təşəbbüslər azalıb. Amma biz şübhə etmirik ki, gec-tez sağlam düşüncə qalib gələcək. Və yenə də danışıqların növbəsi yetişəcək. Ona qədər ukraynalılar bizim bütün şərtlərimizi bir daha başa düşməlidirlər. Bu şərtlərlə çox yaxşı tanışdırlar, razılaşacaqlar, nəticədə danışıqlar masası ətrafında oturacaqlar. Sadəcə olaraq, bir çox cəhətdən artıq razılaşdırılan sənədi sona çatdırmalıyıq”, – Peskov izah edib.
Bizim.Media