İspaniyanın hüquq-mühafizə orqanları Menorka adasında İngiltərənin “Mançester Yunayted” futbol klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldonun şəxsi təyyarəsini saxlayıblar.
Bizim.Media xəbər verir ki, səbəb kimi futbolçunun cangüdəninin qalmaqal yaratması göstərilib.
Belə ki, metal detektordan keçərkən çox uzun müddət yoxlanılma mühafizəçinin xoşuna gəlməyib və o, söyüş söyməyə, əl-qol hərəkətləri etməyə başlayıb.
Nəticədə hava limanının mühafizəsi polis çağırıb. Bu isə təyyarənin yarım saat gecikmə ilə havaya qalxmasına səbəb olub.
Bizim.Media
