İranın İsfahan şəhərinin "Bəqiyyətullah" məscidinin axundu Mohsen Əxəvan güllələnib.
Bizim.Media "Azad İran"a istinadən xəbər verir ki, bu barədə İsfahan əyalətinin məscid məsələləri üzrə idarəsinin rəisi Muctəba Kuçekzadə məlumat verib.
Mohsen Əxəvanın yaralı vəziyyətdə xəstəxanaya yerləşdirildiyi bildirilir.
Sui-qəsdin iyulun 2-i səhər saatlarında şəhərin Bərazəndə küçəsində bir motosikletçi tərəfindən icra edildiyi qeyd olunub.
Hadisənin təfərrüatları açıqlanmayıb və hücum edən şəxsin kimliyi polis tərəfindən araşdırılır.
Bizim.Media