İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ukraynalı həmkarı Dmitri Kuleba ilə telefon əlaqəsi yaradıb.
Bizim.Media “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, o, ölkəsinin ilk günlərdən müharibəyə qarşı olduğunu və Rusiya ilə Ukrayna münaqişəsinin dinc yolla həll edilməsi üçün kömək etməyə "hazır olduğunu" deyib.
Abdullahian daha sonra İranın Ukraynadan Qara dəniz vasitəsilə taxıl icracatında iştirak etmək istədiyini bildirib.
Qeyd etmək lazımdır ki, İran Rusiyanın Ukraynaya təcavüzünün ilk günlərindən Rusiyaya dəstək nümayiş etdirir.
Bizim.Media