Dünyaca məşhur müğənni Riki Martin məhkəməyə verilib.
Bizim.Media "Lenta.ru"-ya istinadən xəbər verir ki, ifaçının keçmiş meneceri Rebekka Druker onunla bərabər çalışdığı zaman ərzində ala bilmədiyi qonorarları tələb edir.
O, müğənnidə 3 milyon dollardan artıq ödənməmiş pulu qaldığını iddia edib. Qeyd edək ki, Ricki ilə meneceri 2014-2018 və 2020-2022-ci illərdə birgə çalışıblar.
Bizim.Media