İranda daha bir yeniyetmə qız atası tərəfindən namus üstündə qətlə yetirilib.
Bizim.Media "Azad İran"a istinadən xəbər verir ki, bu barədə iranlı jurnalist Məsih Əlinejad sosial media hesabında bildirib.
Öldürülən qızın qohumlardan biri jurnalistə yazıb ki, Məhəmməd Kazım Ləşkəri qızı Məsum Aryana Ləşkəri ilə Fars əyalətinin Nurabad şəhərində yaşayırmış.
Ata qızını qohumların söz-söhbətlərinə görə ov tüfəngi ilə, özü də ürəyindən vurub.
Bizim.Media


