NATO-nun Baş katibi Yens Stoltenberq İsveç və Finlandiya üçün rəsmi imzaların atılacağı tarixi açıqlayıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, o, Rusiya ilə müharibə ehtimalından da danışıb:
“Biz bilirik ki, Rusiya ilə NATO arasında müharibə ola bilər, bunun dağıdıcı və daha pis nəticələri ola bilər. Finlandiya və İsveçi NATO-ya dəvət etmək qərarına gəldik. Rəsmi imza iyulun 5-də atılacaq", - deyə Y.Stoltenberq bildirib.
Bizim.Media