Bolqarıstan hökuməti Rusiyanın paytaxt Sofiyadakı səfirliyindən casusluq ittihamı ilə 70 diplomatı ölkədən çıxarmaq qərarı verib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, Bolqarıstanın istefa verən hökumətinin Baş naziri Kirili Petkov 70 rus diplomatının persona non-qrata elan edildiyini açıqlayıb.
O, sözügedən şəxslərin təyyarə ilə ölkələrinə göndəriləcəyini bildirib.
Rusiya Federasiyası Bolqarıstanda güclü lobbiyə malik olmasına baxmayaraq, Bolqarıstan 2021-ci ildən bu yana 10-dan çox rus diplomatını casusluq ittihamı ilə ölkədən xaric edib.
Bizim.Media