Əsir götürülən 17 Ukrayna əsgəri bu gün 15 rus əsgərinə dəyişdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi yayıb.
Mənbə qeyd edir ki, ukraynalılar arasında 2 zabit və 14 əsgər, həmçinin bir mülki şəxs də var:
“Sərbəst buraxılanlardan 5-i ağır yaralıdır, onlar təcili müalicə olunmalıdırlar”.
Bizim.Media