ABŞ-ın Texas ştatının San Antonio şəhərində tərk edilmiş yük maşınının qapalı hissəsində 46 mühacirin meyiti aşkarlanıb.
Bizim.Media “Associated Press”ə istinadla xəbər verir ki, daha 16 nəfər, o cümlədən 4 uşaq sağ tapılaraq tibb müəssisələrinə çatıdırılıb. Onların istidən və yorğunluqdan pis vəziyyətə düşdükləri bildirilir.
Məlumatına görə, meyitlərin hamısı ABŞ sərhədini gizli şəkildə keçməyə çalışan mühacirlərə aiddir.
Hadisə ilə bağlı üç nəfər saxlanılıb.
Bizim.Media