2001-2014-cü illərdə Əfqanıstan və Pakistandakı hərbi əməliyyatlar nəticəsində 149 min nəfər ölüb, 162 min nəfər yaralanıb.
APA-nın məlumatına görə, bu barədə ABŞ-ın Braun universitetinin ekspertlərinin hazırladığı “Müharibənin qiyməti”x9d adlı məruzədə deyilir.
Məruzə müəlliflərindən biri Net Krouford hesab edir ki, ötən illər ərzində Əfqanıstandakı vəziyyət nəyinki normallaşıb, əksinə daha da pisləşib.
Analitiklər qeyd edirlər ki, 2015-ci ilin ilk 4 ayı ərzində Əfqanıstanda mülki əhali arasında itkilər 16 faiz artıb.