Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 181 nəfər ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O, bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 9537 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 7902, ağır xəstələr isə 2903 nəfər olub.
Bizim.Media
