Sovet İttifaqının ilk atom bombasının yaradıcılarından biri, Landau adına Rusiya Elmlər Akademiyasının Nəzəri Fizika İnstitutunun fəxri direktoru İsaak Xalatnikov 102 yaşında vəfat edib.
Bizim.Media Ruisya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasından məlumat verilib.
İsaak Markoviş Xalatnikov 1919-cu il oktyabrın 17-də Ukraynanın Yekaterinoslav şəhərində yəhudi ailəsində anadan olub.
1941-ci ildə Ukraynanın Dnepropetrovsk Dövlət Universitetinin Fizika fakültəsini bitirib.
Tələbəlikdə Stalin təqaüdçüsü, sonralar isə II dərəcəli Stalin Mükafatı Laureatı olub.
Bizim.Media