Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun qızı Liza atasının gənclik fotosunu internetdə yayımlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Rusiya mediası yayıb.
Mənbə bildirir ki, foto 23 yaşı tamam olan Lizanın ad günü şərəfinə bu gün Instagram hekayələrində peyda olub. Kadrlarda Peskovun 30 yaşı var.
Liza 1998-ci ildə Peskovun Yekaterina Solotsinskaya ilə evliliyindən anadan olub. Peskovun bu evlilikdən Mik və Denis adlı oğulları da var. 2012-ci ildə Peskovla Solotsinskaya arasındakı evliliyə ərinin xəyanəti səbəbiylə son verilib.
Göstərilən fotoşəkildə Liza yeni doğulub və yanında gənc Peskov dayanıb. Bundan əlavə, Liza böyüdüyü bir neçə fotoşəkili də paylaşıb.
Qeyd edək ki, Liza diplomat peşəsi seçmədiyinə görə atasını məyus edib.
Bizim.Media