ABŞ-in yeni seçilmiş prezidenti Co Bayden hazırkı prezident Donald Trampın onun andiçmə mərasimində iştirak etməməsinə münasibətini bildirib.
Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, Bayden Trampın bu addımını müsbət hal kimi qiymətləndirib.
“Yaxşı ki, o, andiçmə mərasimində iştirak etməyəcək”,- deyə yeni seçilən prezident vurğulayıb.
Onun sözlərinə görə, D.Tramp ABŞ tarixində ən səriştəsiz prezidentlərdən biridir.
Qeyd edək ki, Tramp Baydenin yanvarın 20-də keçiriləcək inauqurasiyasına qatılmayacağını bildirib.
Bununla da D. Tramp ABŞ tarixində andiçmə mərasiminə qatılmayan dördüncü prezident olacaq.
Bizim.Media