Keçmiş McDonald's-ın yeni adı "Vkusno i toçka" (Dadlı və nöqtə) olacaq.
Bizim.Media “rg.ru”-ya istinadən xəbər verir ki, bu barədə şirkətin Rusiyadakı baş direktoru Oleq Paroyev jurnalistlərə bildirib.
Onun sözlərinə görə, şirkət rəhbərliyi adı mümkün qədər sadə və yaddaqalan etmək istəyib: “Yalnız dünən müəyyənləşib”.
Oleq Paroyev həmçinin bildirib ki, təchizatçılar sistemi qorunub saxlanılıb:
“Ziyarətçilər məhsulun keyfiyyətində heç bir dəyişiklik hiss etməyəcəklər. Bütün iş yerləri də toxunulmaz qalıb”.
Bizim.Media
