Polşada meymunçiçəyinə ilk yoluxma halı qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirliyi məlumat yayıb.
Səhiyyə naziri Adam Niedzielski Polşanın 10 şübhəli faktn aşkar edildiyini və indiyə qədər birinin meymun çiçəyi olduğunu təsdiqlədiyini söyləyib.
Bildirilib ki, sözügedən şəxs xəstəxanada təcrid olunub.
Bizim.Media