Nigeriyanın şimal-şərqindəki Damaturu şəhərinin avtovağzalında kamikadze qız terror aktı törədib. apa-nın “İnterfaks”x9da istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində 7 nəfər ölüb, 31 nəfər yaralanıb.
Məlumata görə, üzərinə partlayıcı qurğu quraşdırılmış 12 yaşlı qız avtovağzalda izdihama yaxınlaşaraq partlayıcı qurğunu işə salıb.
Partlayışın “Boko Haram”x9d terror qruplaşması tərəfindən hazırlandığı ehtimal edilir.