ABŞ-ın Ukraynadakı səfirinin müavini Alan Pursel Ermənistana səfir təyin olunacaq.
Bizim.Media xəbər verir ki, bu barədə bu gün Ermənistanın “Joqovurd” qəzeti mənbələrinə istinadən yazıb.
Nəşr xatırladır ki, ABŞ-ın İrəvandakı diplomatik missiyasının hazırkı rəhbəri Lin Treysinin səlahiyyət müddəti iki aydan sonra başa çatır.
Qəzetin yazdığına görə, o, hazırda Kiyevdəki səfir Bridcet Brinkin müavini olan Pursellə əvəzlənəcək.
“Ukraynada “döyüş təcrübəsi” qazanan amerikalı diplomat Ermənistandakı diplomatik missiyaya rəhbərlik edəcək”, - deyə qəzet qeyd edib.
Bizim.Media
