Yunanıstanda maskadan istifadə məcburiyyəti ləğv edilib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, iyunun 2-dən etibarən qapalı məkanlarda maskadan istifadə məcburi olmayacaq. Yalnız ictimai nəqliyyat və xəstəxanalar istisna təşkil edir.
Qərar 3 ay qüvvədə olacaq. Sentyabrda epidemioloji vəziyyət yenidən nəzərdən keçirilərək yeni qərar veriləcək.
Bizim.Media