Bu gün ABŞ Konqresi üzvlərinin köməkçiləri və Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndələri Qubaya səfər ediblər.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, səfər çərçivəsində onlar rayonun icra başçısı Ziyəddin Əliyevlə birlikdə Quba Soyqırım Memorial Kompleksini ziyarət ediblər.
Kompleksdə qonaqlara erməni vəhşiliyi barədə geniş məlumat verilib.
Daha sonra ABŞ Konqresinin nümayəndələri Qubanın Qırmızı Qəsəbə yaşayış məntəqəsində Dağ yəhudiləri İcmasının üzvləri ilə görüşüblər.
Aytəkin Alxaslı, Bizim.Media - Şimal bürosu