Ankarda səfərdə olan Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı keçirib.
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, Şahbaz Şərif önəmli açıqlamalar verib. O qeyd edib ki, Türkiyənin işğal edilmiş Camu və Kəşmir məsələsində göstərdiyi dəstəyə görə Ərdoğana təşəkkür edib:
“Biz Türkiyənin terrorla, FETÖ və PKK ilə mübarizəsində hər zaman yanında olduq. Türkiyənin düşməni əslində bizim də düşmənimizdir”,- deyə Şahbaz Şərif vurğulayıb.
Bizim.Media