Ukraynaya qarşı müharibənin dördüncü ayında Moskva Kiyevlə danışıqlara və sülh sazişi imzalamağa hazırdır.
Bizim.Media rus mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Federasiya Şurasının spikeri Valentina Matviyenko səsləndirib.
"Münaqişənin diplomatik və sülh yolu ilə həllinə ehtiyacımız var, lakin bunun üçün iki ölkənin iradəsi lazımdır. Biz danışıqlara, Ukraynada vətəndaş müharibəsinə son qoyacaq və sülhə səbəb olacaq saziş imzalamağa hazırıq", - deyə o deyib.
Bizim.Media