Yunanıstan yaxın günlərdə Ukraynaya sovet tankları tədarük edəcək.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts deyib.
O bildirib ki, Almaniya və Yunanıstan “dairəvi mübadilə” razılığı çərçivəsində belə qərar qəbul edilib.
Kansler əlavə edib ki, Almaniya Yunanıstanı zirehli nəqliyyat vasitələri ilə təmin edəcək.
Bizim.Media