Kanada Rusiya “Milli Media Qrupu”nun direktorlar şurasının sədri Alina Kabayevaya, ölkənin daha 21 fiziki və 4 hüquqi şəxsinə qarşı əlavə sanksiya tətbiq edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb.
Mənbə yazır ki, Rosselxozbank, İnvesttorqbank, Rusiya Birbaşa İnvestisiya Fondunun idarəedici şirkətləri və Rusiya Vençur Şirkəti sanksiyalara məruz qalıb.
Fiziki şəxslərin əlavə siyahısına 1983-cü il təvəllüdlü Alina Maratovna Kabayeva başçılıq edir.
Bizim.Media