Türkiyənin Bursa şəhərində mebel materialları istehsal edən fabrikdə partlayış olub.
Bizim.Media xəbər verir ki, bu barədə “NTV“ kanalı məlumat yayıb.
Qeyd olunub ki, partlayış güclü yanğına səbəb olub. Nəticədə bir işçi ölüb, çoxlu sayda işçi isə yaralanıb.
Bizim.Media