Moldova MDB çərçivəsində əməkdaşlığı davam etdirməkdə maraqlıdır.
Bizim.Media xarici mətbauta istinadən xəbər verir ki, bunu Moldova Respublikasının Prezidenti Mayya Sandu PRO telekanalına müsahibısindı deyib və hələlik bunun ölkə üçün faydalı olduğunu qeyd edib.
“Nə qədər ki, ölkəmiz MDB çərçivəsində sazişlərdən faydalana bilir, onları almalıyıq. İndi Rusiya tərəfinin bu razılaşmalara əməl etməsində problemlər var. Amma ticarət əlaqələrimiz olan başqa ölkələr də var. Biz praqmatik olmalıyıq”, - Sandu vurğulayıb.
Birliyə üzv ölkələr arasında rüsumsuz ticarətə imkan verən azad iqtisadi fəaliyyət zonası mövcuddur.
“Obyektiv danışaq: MDB təkcə Rusiya deyil, həm də başqa ölkələrdir. Biz başa düşməliyik ki, Aİ-yə namizəd ölkə statusunu alsaq belə, sabah Avropaya inteqrasiya edə bilməyəcəyik”, - deyə Mayya Sandu yekunlaşdırıb.
Bizim.Media