“Severodonetskdəki cəbhə xətti şəhəri iki hissəyə ayırır. Amma hələ də özünü müdafiə etməyə davam edir, hələ də Ukrayna şəhəridir”.
Bizim.Media xəbər verir ki, bu barədə şəhər bələdiyyəsinin rəhbəri Aleksandr Striuk Ukrayna telekanalına açıqlamasında bildirib.
Aleksandr Striuk küçə döyüşlərinin davam etməsi səbəbi ilə şəhərin mülki əhalisinin təxliyəsinin dayandırıldığını qeyd edib.
Bizim.Media