Vladimir Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Rusiya prezidenti Vladimir Putinlə görüşmək istədiyini bildirib.
Bizim.Media Anadolu agentliyinə istinadən xəbər verir ki, bu informasiyanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yayıb.
"Dünən danışıqlar zamanı Zelenski Putinlə görüş keçirmək istəyini bildirdi. Türkiyə onun bu arzusunu həyata keçirməyə çalışır”, deyə nazir qeyd edib.
Bizim.Media