Rusiya Silahlı Qüvvələrinin indiyədək 30 500 hərbçisi zərərsizləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
“Hücum edən tərəfin 1 358 ədəd tankı, 3 302 ədəd zirehli döyüş maşını, 649 ədəd artilleriya sistemi, 207 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 93 hava hücumundan müdafiə sistemi, 208 ədəd hərbi təyyarəsi, 174 ədəd helikopteri, 120 qanadlı raketi, 2 275 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi-kateri, 515 ədəd dronu və 48 ədəd xüsusi texnikası məhv edilib” – deyə məlumatda qeyd edilib.
Bizim.Media