ABŞ-ın Ankaradakı səfiri Ceff Flake Xarici İşlər Nazirliyinə çağırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb.
Diplomatın ölkənin Xarici İşlər Nazirliyinə çağırılmasına səbəb müxalifətin İstanbulda keçiriləcək mitinqində təxribat xarakterli bəyanatı olub.
“Bizim narazılığımız əsassız iddiaların yer aldığı xəbərdarlıqlarla bağlı səfir Fleykə çatdırılıb”, - deyə ölkənin Xarici İşlər Nazirliyi izah edib.
Bizim.Media